“Məmləkətdə
Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa
ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd və
ünvanlı sosial yardım) həyata keçirir - yəni, ildə 11 mlrd. manata yaxın ödəniş
olur”.
Bu fikirləri
iqtisadçı Natiq Cəfərli səsləndirib.
O, bildirib
ki, ölkədə rəsmi muzdla çalışanların təxminən 860 min nəfəri dövlət (büdcə)
sektorunda fəaliyyət göstərir:
“Dövlət büdcəsi
çərçivəsində büdcədən əməkhaqqı alan (dövlət sektorunda çalışan) şəxslərin maaş
təminatı üçün il ərzində 10 milyard 247,3 milyon manat vəsait ödənilir.
Cəmləsək,
büdcədən birbaşa asılı olan 3 mln. vətəndaşımız var, onlara il ərzində 21 mırd.
manata yaxın vəsait ödənilir.
Yəni, ölkədə
yaşayan rəsmi əhalinin, təxminən, hər 3 nəfərdən biri büdcədən asılıdır. Əgər
real yaşayan əhali 10 mln. nəfərdən daha azdırsa, bu nisbət daha da artır. Cəmiyyətin
dövlət ödənişlərindən bu qədər asılı olması, vətəndaş cəmiyyətinin aktivliyinə
mənfi təsir edən əsas amillərdən biridir.
Təqaüdlər
azdır, Azərbaycanda ümumi pensiyaların orta aylıq məbləği 595 manat, yaşa görə
pensiyanın orta aylıq məbləği isə 633 manatdır.
Dövlət-büdcə
təşkilatlarında çalışanların orta aylıq əməkhaqqı təxminən 1160 manatdır.
Bu mənzərə
heç ürəkaçan deyil, ona görə də, bizdə təqaüd yaşını müzakirə etməkdənsə, təqaüdlərin
kəskin artmasının yolları haqqında danışmaq daha məntiqlidir.
Dövlət-büdcə
təşkilatlarında işləyənlərin maaşı da azdır – amma, təqaüdə çıxanda daha az məbləğ
alacaqlarını bilirlər deyə, təqaüd yaşının artmasına sevinirlər. Yəni, dünyada
təqaüd yaşının artmasından narahat olmayan, buna etiraz etməyən, bəlkə də,
yeganə toplumuq...”
News365.az