AFFA İntizam Komitəsi iki klubu cərimələyib.
News365.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasında II turun "Zirə" – "İmişli" oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Neftçi" – "Araz-Naxçıvan" oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.