Virus nəzarətdən çıxır: Afrika ölkəsində Ebola həyəcanı

Virus nəzarətdən çıxır: Afrika ölkəsində Ebola həyəcanı
13:52

KDR-də Ebola kabusu dərinləşir: Ölənlərin sayı 2700-ü keçdi

Konqo Demokratik Respublikasında (KDR) sürətlə yayılan Ebola virusu insan həyatını təhdid etməkdə davam edir. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun (INSP) açıqladığı son rəsmi statistikaya əsasən, epidemiya zonasında təsdiqlənmiş yoluxma halları artıq 5 min 656-ya çataraq böhran həddinə çatıb.

Təkcə son sutka ərzində qeydə alınan göstəricilər təhlükənin miqyasını göstərir:

  • Yeni yoluxma: 72 nəfər

  • Can itkisi: 18 nəfər

  • Sağalanlar: 30 nəfər

Epidemiya başlayandan bəri həyatını itirənlərin ümumi sayı 2 min 715 nəfərə çatıb.

Səhiyyə qurumlarının bildirdiyinə görə, virus hazırda ölkənin 6 fərqli əyalətində nəzarətdən çıxaraq yayılmaqda davam edir və bölgədə epidemioloji vəziyyəti daha da gərginləşdirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada