Bir gecədə Hörmüzdən 40 neft tankeri keçib

Bir gecədə Hörmüzdən 40 neft tankeri keçib
10:25

Bu həftəsonu bir gecədə Hörmüz boğazından hər iki istiqamətdə təxminən 40 neft tankeri keçib.

Məlumatı ABŞ rəsmilərinə istinadən Axios portalının və İsrail televiziya kanalı 12-nin müxbiri Barak Ravid X hesabında yayıb.

ABŞ rəsmiləri arasında olan mənbələrə görə, "cümə günü gecəsi cənub dərin su yolu vasitəsilə Hörmüz boğazından hər iki istiqamətdə təxminən 40 tanker keçib". Bu isə o deməkdir həmin vaxt "boğazdan təxminən 16 milyon barel neft ixrac edilib".

Qeyd edək ki, bundan əvvəl İraq prezidenti Nizar Amidi İran hakimiyyətinin bəzi İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada