“Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Özbəkistana hər səfəri coğrafi baxımdan Mərkəzi
Asiya ölkəsi olmayan Azərbaycanın regionda iqtisadi və siyasi çəkisini artırır,
əməkdaşlığını genişləndirir və ölkəmizi Mərkəzi Asiyada gedən proseslərin əsas
iştirakçılarından birinə çevirir”.
Bu fikirləri
iqtisadçı Eldəniz Əmirov səsləndirib.
O, əlavə
edib ki, bir milyard dollara yaxınlaşan ticarət dövriyyəsi, 500 milyon
dollarlıq birgə İnvestisiya Şirkəti, 1,4 milyon tona çatan tranzit daşımaları və
bu ilin ilk yarısında daha 12,2 faiz artım, Azərbaycanda 130-dan çox Özbəkistan
investisiyalı, Özbəkistanda isə 280 Azərbaycan kapitallı müəssisənin fəaliyyəti
hələ işin hamısı deyil:
“Özbəkistan əməkdaşlıq
üçün yüksək perspektivə malik gələcəyin ölkələrindən biri olacaq. Bu, artıq
hiss olunur. Odur ki, burada əsas müsbət məqam təkcə rəqəmlər deyil, sürətlə
artan dinamikadır.
Orta Dəhliz
və perspektivdə Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yaşıl enerji xətti,
qarşılıqlı investisiyalar və sənaye kooperasiyası Mərkəzi Asiyanın Azərbaycan
üzərindən Qərbə iqtisadi bağlantılarını gücləndirir. Azərbaycanın Mərkəzi Asiya
dövlət başçılarının məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə
bu prosesin artıq iqtisadi çərçivədən çıxaraq siyasi müstəviyə də keçdiyini
göstərir.
Əlqərəz,
coğrafiya Azərbaycanı Mərkəzi Asiyadan ayırsa da, formalaşan yeni iqtisadi və
siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”.
News365.az