Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB

Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB
16:45

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı səfərlərin sayında artım qeydə alınıb.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Özbəkistandan Azərbaycana 42 388 nəfər səfər edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Azərbaycandan Özbəkistana səfər edən vətəndaşların sayı isə 2026-cı ilin yanvar-iyun aylarında 13 630 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz artıb./// Modern.az

 


Sizin reklam burada
Sizin reklam burada