Neftimiz 2 dollar ucuzlaşdı

Neftimiz 2 dollar ucuzlaşdı
09:55

"Azeri Light" markalı Azərbaycan nefti 2 dollar ucuzlaşıb. 

News365.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları və ya 2,05 % azalaraq 95,13 ABŞ dolları təşkil edib.  Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.  Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada