Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibənin gedişatı ilə bağlı yeni bəyanatla çıxış edib.
News365.az TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, cəbhədəki mövcud dinamika Ukraynanın hərbi əməliyyatlarda kəskin şəkildə gerilədiyini nümayiş etdirir:
"Ukrayna münaqişədə birmənalı olaraq məğlub olur. Cəbhədəki dinamika bunu çox aydın şəkildə göstərir".