Ermənistanda əsgərin ölümündə görə qərargah rəisi saxlanıldı

Ermənistanda əsgərin ölümündə görə qərargah rəisi saxlanıldı
14:00

Ermənistan İstintaq Komitəsi avqustun 19-da Çəmbərək-Vahan yolunda hərbçinin avtomobil vurması nəticəsində ölümü ilə bağlı iş üzrə ikinci şəxsin saxlanıldığını təsdiqləyib.

Modern.az xəbər verir ki, İdarənin mətbuat katibi Kima Avdalyanın sözlərinə görə, cinayət işi çərçivəsində bir nəfər barəsində Cinayət Məcəlləsinin 549-cu maddəsinin 3-cü hissəsi ilə – hakimiyyətdən və ya xidməti vəzifədən sui-istifadə etmə, ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma maddəsi ilə ictimai cinayət təqibi başlanılıb.

Şübhəli şəxs məhkəməyə aparılması üçün saxlanılıb. Sözügedən maddə üzrə maksimum cəza 10 ilədək azadlıqdan məhrumetmədir.

Bundan əvvəl Ermənistan mediası hadisə ilə bağlı batalyon qərargah rəisinin saxlanıldığını yazmışdı. Məlumata görə, həmin şəxs əsgərləri qaçmağa məcbur edib.

Hadisə ilə bağlı avtomobili idarə edən şəxs barəsində də daha əvvəl cinayət təqibi başlanılıb. Sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Beləliklə, Çəmbərək–Vahan yolunda hərbçinin ölümü ilə bağlı cinayət işi üzrə artıq iki şəxs barəsində cinayət təqibi həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada