BMT TŞ Ukraynaya görə toplanır

BMT TŞ Ukraynaya görə toplanır
07 Apr 2025 22:30

BMT Təhlükəsizlik Şurası Qərb ölkələrinin tələbi ilə aprelin 8-də Ukrayna məsələsi ilə bağlı iclas keçirəcək.


News365.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat verib.


"Ukrayna dosyesi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası NyuYork vaxtı ilə saat 10:00-da baş tutacaq", - Rusiya diplomatik missiyası bildirib.


Məlumata görə, iclas Krivoy Roqa endirilən zərbə ilə əlaqədar keçiriləcək.


Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada