Avropada spirtli içkinin gündəlik istehlakı ilə bağlı ölkələr arasında böyük fərq var. Avropa İttifaqında hər gün spirtli içki qəbul edənlərin payına görə ilk sırada Portuqaliya qərarlaşıb.
News365.az xəbər verir ki, Eurostatın 2025-ci il üzrə məlumatlarına əsasən, Portuqaliyada 16 yaşdan yuxarı əhalinin təxminən 16 faizi hər gün spirtli içki qəbul edib.
Bu göstərici digər Aİ ölkələri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir. Siyahıda İtaliya 7,9 faizlə ikinci, Danimarka və Belçika isə 7,5 faizlə üçüncü pilləni bölüşür.
Digər ölkələrdə gündəlik spirtli içki istehlakının göstəricisi belə olub:
Eurostatın məlumatına görə, 2025-ci ildə bütövlükdə Aİ-də 16 yaşdan yuxarı əhalinin 4,8 faizi hər gün, 19,2 faizi həftəlik, 21,8 faizi isə aylıq spirtli içki qəbul edib.
Beləliklə, statistika Aİ ölkələri arasında spirtli içkinin qəbul tezliyinin kifayət qədər fərqli olduğunu göstərir. Portuqaliyada gündəlik istehlakın səviyyəsi Aİ üzrə orta göstəricidən dəfələrlə yüksək olub.