Özcan Deniz Bakıya gəlir

Özcan Deniz Bakıya gəlir
01:53

Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Deniz Bakıda pərəstişkarları ilə görüşəcək. Sənətçi paytaxtımızda bu dəfə musiqi proqramı ilə deyil, baş rolda çəkildiyi yeni filmin təqdimatı münasibətilə qonaq olacaq.

News365.az xəbər verir ki, Özcan Deniz noyabrın 23-də aktrisa Öykü Karayellə birgə rol aldığı “Son yemek” filminin qala gecəsində iştirak edəcək. 

Özcan Denizin həm ssenarisini yazdığı, həm rejissoru olduğu, həm də baş rolunda çəkildiyi filmdə Öykü Karayel, Nejat İşler, Tilbe Saran, Ceyda Düvenci, Gonca Vuslateri və Helin Kandemir də yer alıblar.

Tədbir saat 19:00-da paytaxtın simvollarından sayılan “Flame Towers”də baş tutacaq.


Sizin reklam burada
Sizin reklam burada