İnterpolun axtardığı dəstə rəhbəri Yunanıstanda saxlanıldı

İnterpolun axtardığı dəstə rəhbəri Yunanıstanda saxlanıldı
20:20

Türkiyədə axtarışda olan cinayətkar Yunanıstanda saxlanılaraq ölkəyə gətirilib.

News365.az xəbər verir ki, İnterpolun qırmızı bülleteni ilə axtarışda olan mütəşəkkil cinayətkar dəstənin rəhbəri Sercan Sayal Yunanıstanda saxlanılaraq Türkiyəyə gətirilib.

Araşdırmalar zamanı onun İzmir şəhərində 90 silahlı hücum, qətl, xəsarət yetirmə və 164 hədə-qorxu hadisəsini təşkil etdiyi müəyyən edilib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hadisə ilə bağlı açıqlamasında bildirib: “Qaçdığınız yer dəyişə bilər, lakin hesab verəcəyiniz yer dəyişməz”.


Sizin reklam burada
Sizin reklam burada