Mercedes-Benz Almaniyadan gedə bilər

Mercedes-Benz Almaniyadan gedə bilər
01:31

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” xərclərin azaldılmaması halında ölkə daxilindəki investisiyalarını dayandırmağı və yeni modellərin istehsalını xaricə köçürməyi nəzərdən keçirir.

News365.az xəbər verir ki, bu barədə şirkətin yaydığı xəbərdarlıqda bildirilib.

Məlumata əsasən, bu qərara səbəb şirkətin maliyyə göstəricilərinin kəskin pisləşməsidir. Belə ki, cari ilin üçüncü rübündə avtomobil bölməsinin əməliyyat mənfəəti yarıdan çox azalaraq 560 milyon avroya düşüb. Eyni zamanda, şirkətin Çindəki satışları 31 faiz geriləyib.

Mövcud vəziyyətlə əlaqədar “Mercedes-Benz” dekabr ayından etibarən Almaniyadakı müəssisələrində kompensasiya qarşılığında könüllü işdənçıxarma proqramını yenidən tətbiq edəcək.


Sizin reklam burada
Sizin reklam burada