Vaşinqtonda atışma oldu - Yaralılar var

Vaşinqtonda atışma oldu - Yaralılar var
19:10

ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində 5 nəfər güllələnib.

News365.az xəbər verir ki, Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.

Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.

Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada