Kaliforniyada 40 milyon illik heyvan fosilləri tapılıb.
News365.az xəbər verir ki, Kaliforniyada infrastruktur layihəsi zamanı inşaat işçiləri təxminən 40–45 milyon il əvvələ aid heyvan fosilləri aşkar ediblər.
Paleontoloq Dr. Cozef El Adlinin fikrincə, tapılan sümüklər ya fil ölçüsündə olan, burnunda Y-şəkilli buynuz daşıyan brontoterə, ya da su ayğırına bənzəyən aminodonta aid ola bilər.
Hər iki heyvan Eosen dövründə yaşayıb. Bu dövr dinozavrların məhv olmasından sonra məməlilərin nəhəng ölçülərə çatması ilə xarakterizə olunur.