Ağdamda da yanğın başladı– VİDEO

Ağdamda da yanğın başladı– VİDEO
14 Avq 2026 16:08

Ağdamda yanğın başlayıb.

Hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb.

Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir.
 

Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlayan yanğınlar hazırda davam edir.


FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları tərəfindən hər üç rayon ərazisində olan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada