Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb.
News365.az xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə əlaqədar Baş nazirə bir daha başsağlığı verib.
Rumen Radev göstərilən diqqətə və ifadə olunan həmrəyliyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.
Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, bu istiqamətdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.
Həmçinin ölkələr arasında elektrik enerjisi dəhlizinin yaradılması layihəsi və bağlantı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər müxtəlif sahələrdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafı ilə bağlı məsələləri də müzakirə ediblər.