Tramp İranla bağlı yeni qərarı açıqladı

Tramp İranla bağlı yeni qərarı açıqladı
10:53

ABŞ Prezidenti Donald Tramp İrana dair yeni açıqlaması ilə diqqət çəkib. O, Vaşinqtonun Tehranla aparılan danışıqlara İranın mərhum Ali lideri Əli Xameneinin dəfn mərasimi səbəbindən müvəqqəti ara verdiyini bildirib.
News365.az xəbər verir ki, Donald Tramp ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada keçirilən tədbirdə çıxışı zamanı İran tərəfinin razılıq əldə etməkdə maraqlı olduğunu söyləyib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton humanitar səbəbləri nəzərə alaraq danışıqları bir həftə müddətinə dayandırıb və bu qərar Əli Xameneinin dəfn mərasiminin başa çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasiminin isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.



Sizin reklam burada
Sizin reklam burada