Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tikinti işləri ilə əlaqədar bəzi istiqamətlər üzrə birbaşa metro səfərləri müvəqqəti mümkün deyil.
News365.az bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, hazırda “Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”, “Həzi Aslanov”dan “Dərnəgül”, “İçərişəhər”dən isə “Dərnəgül” istiqamətində birbaşa metro ilə səfər etmək mümkün deyil. Marqarita pizza
Bununla yanaşı, bəzi istiqamətlərdə sərnişinlər əvvəlki qaydada hərəkət edə bilərlər.
“Həzi Aslanov–İçərişəhər” mənzilində qatarların hərəkəti ənənəvi qaydada, hətta daha az intervalla həyata keçirilir.
“Cəfər Cabbarlı” stansiyasından “Xətai” istiqamətində hərəkətlərdə də heç bir dəyişiklik yoxdur.
Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından Bənövşəyi xəttə keçid etməklə səfəri davam etdirmək mümkündür.
Bakı Metropoliteni qeyd edib ki, müvəqqəti dəyişikliklər daha rahat, təhlükəsiz və müasir metro xidmətinin təmin olunmasına hesablanıb.
Qeyd edək ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 10-11 ay davam edəcəyi və bu müddətdə “Nizami–28 May” mənzilində qatarların hərəkət etməyəcəyi bildirilib.