Azərbaycan orta illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib

Azərbaycan orta illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib
12:20

Bu il Azərbaycanda orta illik inflyasiyanın əvvəlcədən deyildiyi kimi 4,8 % yox, 5,7 % olacağı gözlənilir.

News365.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər nəzərə alınmaqla orta illik inflyasiya proqnozu artırılıb.



Sizin reklam burada
Sizin reklam burada