Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi
15:34

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. 

News365.az xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. 

 Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada