İsrail Suriyanı BOMBALADI

İsrail Suriyanı BOMBALADI
10:46

İsrail qırıcıları gecə saatlarında İdlib əyalətinin şərqində yerləşən Əbu əl-Duhur aviabazasına dörd hava zərbəsi endirib.

Hücumun əsas hədəfi uçuş-eniş zolağı olub.

News365.az xəbər verir ki, ərazidə Suriya hərbi hava qüvvələrinə məxsus yeni bərpa edilmiş texnikaların - iki təmirdən çıxmış Su-22 təyyarəsi, bir neçə L-39 təlim təyyarəsi və köhnə helikopterlərin yerləşdirildiyi bildirilir.

Əməliyyat Suriyanın şimal əraziləri üzərində Su-22 qırıcılarının təlim uçuşlarını əks etdirən kadrların sosial şəbəkələrdə yayılmasından dərhal sonra gerçəkləşib.

İsrail aviasiyasının aylardır davam edən sükutdan sonra həyata keçirdiyi bu gözlənilməz hücum bölgədə gərginliyi yenidən pik həddə çatdırıb.


Sizin reklam burada
Sizin reklam burada