İzmirdə dəhşətli ailə faciası: Ata narkotik istifadəçisi olan oğlunu qətlə yetirdi

İzmirdə dəhşətli ailə faciası: Ata narkotik istifadəçisi olan oğlunu qətlə yetirdi
11:50

Türkiyənin İzmir şəhərində ailə daxilində yaşanan gərginlik qanlı sonluqla bitib. Qaziemir rayonunun Aktəpə məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində ata ilə oğlu arasında dəhşətli hadisə baş verib.

News365.az-ın məlumatına görə, 46 yaşlı B.K. ilə 21 yaşlı oğlu Furkan K. arasında münaqişə yaranıb. Mübahisəyə gənc oğlanın narkotik maddə istifadəçisi olması səbəb olub. Tərəflər arasında səngimək bilməyən söz davası qısa müddətdə əlbəyaxa münaqişəyə çevrilib. Münaqişə zamanı əsəblərinə hakim ola bilməyən ata B.K. evdə saxladığı ov tüfənginə əl ataraq doğma oğluna güllə yağdırıb.

Sinə nahiyəsindən ağır xəsarət alan 21 yaşlı Furkan hadisə yerindəcə həyatını itirib.

Hadisədən sonra şok keçirən ata cinayət aləti olan ov tüfəngini də götürərək polis bölməsinə gedib və könüllü şəkildə təslim olub. Qətl törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada