ARB TV yeni mövsümdən etibarən yayın konsepsiyasında köklü dəyişiklik etməyə hazırlanır.
News365.az-ın məlumatına görə, telekanal yeni mövsümdən tam olaraq xəbər kanalı formatında fəaliyyət göstərəcək.
Bu barədə saytımızı məlumatlandıran mənbənin iddiasına görə, dəyişikliyə əsasən, yayım torundan şou və əyləncəli proqramlar çıxarılaraq, əsas diqqət operativ xəbərlərə, analitik verilişlərə və operativ məlumat axınına yönəldiləcək.
Yeniliklər çərçivəsində regional xəbər şəbəkəsinin də fəaliyyəti genişləndiriləcək. Belə ki, ölkənin müxtəlif bölgələrindən gün ərzində 3 dəfə mütəmadi canlı bağlantıların reallaşdırılması nəzərdə tutulur.
Deyilənlər TV-dən təkzib edilməyib. Bildirilib ki, yeniliklərlə bağlı ətraflı məlumat növbəti mövsümdə ictimaiyyətə təqdim olunacaq./// bakıvaxtı