Dövlətin malına xor baxanlar

Dövlətin malına xor baxanlar
09:59

“Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir”.

Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov məlumat verib.

O, bildirib ki, Kolleci su basanda keçmiş rəhbərliyi anbar sahibindən xahiş edib ki, müvəqqəti həmin avadanlıq anbarda yerləşdirilsin:

“Kollecin yeni rəhbərliyi isə nə avadanlığı geri götürür, nə də anbar sahibinə icarə haqqı ödəyir. Kollecin keçmiş rəhbərliyinin Təhsil Nazirliyinə müraciətləri də cavabsız qalıb. Onlara bu avadanlıq lazım deyilsə, bəlkə müraciət edək bizə bağışlasın? Əlbəttə, əgər BDU, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Hesablama Palatası etiraz etmirsə. Etiraz edirlərsə, bir maraqlansınlar görək dövlət əmlakına niyə belə biganə münasibət bəslənilir...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada