Britaniya Nazirlərinin Nömrələri İnternetə Sızdı, Baş Nazir İse Dələduzluq Cəhdi İlə Üzləşib

Britaniya Nazirlərinin Nömrələri İnternetə Sızdı, Baş Nazir İse Dələduzluq Cəhdi İlə Üzləşib
10:10

Böyük Britaniya hökuməti ciddi kiber-təhlükəsizlik böhranı ilə üz-üzədir. “Politico” və “The Guardian” nəşrlərinin yaydığı məlumata görə, ölkənin Müdafiə naziri Ues Stritinq, Ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantın şəxsi mobil telefon nömrələri açıq şəbəkədə sızdırılıb.

Hökumətin operativ müdaxiləsindən sonra həmin məlumatlar internetdən silinsə də, sızmanın hansı yolla baş verdiyi və nə dərəcədə təhlükə yaratdığı barədə rəsmi qurumlar hələ ki susmağa üstünlük verir.

Ağ Ev Adından Saxta Əlaqə

Lakin hadisələr bununla bitmir. Nazirlərin nömrələrinin yayılmasından öncə daha bir qalmaqallı insident yaşanıb. Böyük Britaniyanın Baş naziri Endi Börnhəm özünü ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uaylz kimi təqdim edən naməlum şəxslə mesajlaşıb. Bir neçə mesaj mübadiləsindən sonra həmsöhbətinin şübhəli davranışlarını hiss edən Börnhəm əlaqəni dərhal kəsib. İddia olunur ki, bu yazışmalarda heç bir məxfi və ya kritik məlumat paylaşılmayıb.

İnsidentlə bağlı Britaniyanın Vaşinqtondakı səfirliyi Ağ Evə xəbərdarlıq edib. ABŞ rəsmiləri operatesiyadan dərhal sonra bəyan ediblər ki, baş verənlərin Syuzi Uaylzın fərdi cihazlarının sındırılması ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Syuzi Uaylzın adı ilk dəfə deyil ki, oxşar kiber-dələduzluqda hallanır. Hələ 2025-ci ildə onun şəxsi telefonundakı kontaktlar bazasının ələ keçirilməsi faktı üzrə genişmiqyaslı araşdırma aparılmışdı.


Sizin reklam burada
Sizin reklam burada