General-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində insident yaratdığı iddia olunur.
News365.az Manset.az-a istinadən xəbər verir ki, T.Əliyeva daşınmaz əmlaka dair sənədlə bağlı məsələni həll etmək üçün idarəyə müraciət edib. İddialara əsasən, mübahisə zamanı üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb. Həmçinin o, səsini yüksəldərək ətrafdakı insanlara narahatlıq yaradıb.
Bu zaman idarədə növbə gözləyən II Qarabağ müharibəsi qazisinin Türkər Əliyevadan sakit danışmasını xahiş etdiyi qeyd olunur. İddiaya görə, bundan sonra sözügedən xanım qaziyə və dövlət qulluqçusuna müxtəlif dövlət qurumlarının adını çəkərək hədə-qorxu gəlib.
Hadisənin daha bir diqqətçəkən məqamı isə T.Əliyevanın sürücüsünü çağırması və onun Qarabağ qazisinin üzərinə göndərildiyinin iddia olunmasıdır.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Natiq Əliyevin qızıdır.