Hər gün, gecə saat 1-dən 5-ə qədər həyət binasında qeybət edən kişi və qadınların söhbətlərindən baş verən siyasi təhlükədən xəbərim olur. Yataqımda uzanıb ölkənin daxili siyasət planını, iqtisadi islahatları öyrənirəm.
Səhər durub manatlıq taksidə şəhərə gələndə beynəlxalq siyasətdə baş verənlərdən sürücüdən öyrənirəm, həm şəhərə çatıram, həm də Vaşinqton, Pekin, Moskva, London və digər beynəlxalq gizli araşdırmadan xəbərdar oluram.
Metroya minəndə qiymətlərin artımı və nələrin bahalaşması barədə məlumat əldə edirəm. Artıq bilirəm ki, marketdə nəyi ala bilir ya yox.
Avtobusa minəndə orda olan söhbətlərdən kimin hansı vəzifəyə gedəcəyi, kimin hara təyinat alacağını bilirəm,sürücü də qəsdən yavaş sürür ki, ölkənin yeni potensialını tam öyrənə bilim.
Axşam çayxanaya gedirəm və orda artan qlobal inkişaf, futbol, münaqişə iqtidarı arasında gedişat və siyasət haqqında məlumat. Çayxanakratiya əsl məlumat ocağıdır
Axşam da bərə gələndə massonlar, dərin dövlət, dünyanı idarə edənlər haqqında xeyli məlumat əldə edirəm. Televiziyada deyilməyən xəbərləri öyrənirəm. Məsəl üçün bərbərim danışır:
"Brat, bu gördüyün dövlətlər var ey, hamısı boş şeydir. Dünyanı şəxsi 5 dənə ailə idarə edir. Masonlar artıq Bakıda da aktivləşiblər, bax o yeni tikilən binanın damında üçbucağı görmüsən? Hə, bax odur..."
Hörmətli Mirşahin müəllim mən belə olan halda televiziyaya niyə baxım axı?