Sankt-Peterburqda Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantının avtomobilinin partladılmasında 24 yaşlı rusiyalı qadın şübhəli bilinir.
News365.az xəbər verir ki, bu barədə “Fontanka” saytı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, şübhəli ilə bir nçə ay əvvəl Ukrayna ordusunun nümayəndələri görüşüblər. Ona bombanı avtomobilə yerləşdirmək və Rusiyadan Ukraynaya getmək təklif olunub.
Bildirilib ki, şübhəli şəxs Sankt-Peterburq sakini olmayıb. O, başqa şəhərdən gələrək, avqustun 26-da axşam bombanı yerləşdirib. Səhər isə Türkiyəyə uçub.
FTX əməkdaşları onun şəxsiyyətini müəyyən edib və Türkiyə hakimiyyəti ilə əlaqə saxlayıblar. Məlum olub ki, qadın artıq Moldovadadır.
Qeyd edək ki, Sankt-Peterburqun Slavyansk mikrorayonunda minik avtomobilində partlayış baş vermişdi. Partlayış nəticəsində rusiyalı polkovnik-leytenant ölmüş, həyat yoldaşı isə yaralanmışdı