Oğul anasını bazarda bıçaqlayıb öldürdü

Oğul anasını bazarda bıçaqlayıb öldürdü
13:10

Gəncədə qətl hadisəsi baş verib.


News365.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Food siti" bazarında qeydə alınıb.


Belə ki, sözügedən bazarda dükanda qadın paltarı satan 1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.


Hadisə yerinə polis əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.


***


Gəncədə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.


Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada