Məşhur keçmiş XİN rəhbəri "xarici agent" elan edildi

Məşhur keçmiş XİN rəhbəri "xarici agent" elan edildi
11 Apr 2025 23:15

Rusiya Ədliyyə Nazirliyi "xarici agentlər" reyestrinə dörd şəxsi və bir təşkilatı daxil edib.

"Xarici agent" statusu alanlar arasında Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev də var. O, 1990-1996-cı illərdə bu vəzifədə çalışıb.

Məlumata görə, Kozırevə Rusiya hökumətinin qərarları və siyasəti barədə yalan məlumatlar yaymaq, Rusiya ordusuna qarşı mənfi imic formalaşdırmaq, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxmaq və xarici platformalarla əməkdaşlıq etmək kimi ittihamlar irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada