Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə News365.az-a ƏƏSMN-dan məlumat verilib.
Bildirilib ki, onlardan 26 nəfəri uşaqlardır.
Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.
Qeyd edək ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.