Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.
News365.az-ın məlumatına görə, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Həsənov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.
Bildirilir ki, Şənlik Həsənov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb.
Altı gün komada qalan iş adamı ötən gün ayılıb.
Qeyd edək ki, Ş.Həsənov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır./// oxu.az