Gəncə şəhərində iki nəfər dəm qazından boğulub.
News365.az xəbər verir ki, hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşən mənzildə dəm qazından zəhərlənərək ölüblər.
***
Gəncədə evdən iki dostun meyiti tapılıb.
News365.az xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.
Hər iki şəxsin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb./Teleqraf