İradə İsaqdan Müslümət Rzaxanova etirafı: “Karyerasını düşünüb, gələcəyini təmin edə bilsəydi...”

İradə İsaqdan Müslümət Rzaxanova etirafı: “Karyerasını düşünüb, gələcəyini təmin edə bilsəydi...”
13:36

Jurnalist İradə İsaq yaşlılar evində yaşayan ATV-nin keçmiş aparıcısı Müslümət Rzaxanova ilə bağlı fikirlərini bölüşüb.

İradə İsaq hesab edir ki, Müslümət Rzaxanova vaxtında karyerası və gələcəyi barədə daha çox düşünərək maddi təminatını formalaşdıra bilsəydi, bu gün həyatı fərqli ola bilərdi.

“Karyerasını düşünüb, müəyyən qədər qazana bilsəydi, indi uşaqları onu yük kimi görməzdi, başına dolanardı. Ya da özünə aid evdə, işə götürdüyü köməkçisi qulluğunda durardı. Özü də yaşlılığın həzzini duyardı”, – deyə jurnalist bildirib.

İradə İsaqın fikirləri yaşlı insanların gələcək təminatı, ailə münasibətləri və maddi müstəqillik məsələlərini yenidən gündəmə gətirib.


Sizin reklam burada
Sizin reklam burada