Azərbaycan
iqtisadiyyatı bu ilin ilk 5 ayında böyüməyib – 0%. İnfilyasiya isə böyüyüb. Ən
azı 6 faiz. Bu rəsmi rəqəmdir.Qeyri-rəsmi rəqəm yqin ki, 2 dəfə böykdür.
Bəs nə baş
verir?
Mövzu ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, burada təəccüblü heç nə
yoxdur:
“Problemin
kökü sistemdədir, hökumətin səhv qoyduğu hədəfdədir. Hökumət inanır və düşünür
ki, ən böyük problem büdcə gəlirlərinin azalmasıdır. Halbuki, bu nəticədir –
iqtisadi aktivliyin zəifləməsinin nəticəsidir. İqtisadi aktivliyin,
iqtisadiyyatın çarxlarının dönməsinin zəifləməsinin səbəbi isə hökumətin səhv təyin
etdiyi hədəfə çatmaq üçün vergi-rüsum-cərimələri artırmaqdır. Vergi-rüsum-cərimə
artırsa, biznes investisiya qoymur, vətəndaş daha az xərcləyir – nəticədə
iqtisadiyyat daha da zəifləyir, büdcə gəlirləri istənilən şəkildə artmır. Ona
görə də ÜDM artımı olur 0%...
Səbəbi səhv
təyin edəndə, nəticə heç vaxt dəyişmir. Yorulduq bunu deməkdən...”
News365.az