"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.
News365.az xəbər verir ki, bu barədə "Report"a ASCO-dan bildirilib.
Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb.
ASCO-dan bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
