Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan olunub

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan olunub
10:37

İyulun 24-də 6 dövlət orqanında inzibati vəzifələrin 2–4-cü təsnifatları üzrə vakant yerlərin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Elana əsasən, ümumilikdə 7 vakant vəzifə üzrə namizədlərin seçimi aparılacaq.

Vakansiyaların bölgüsü aşağıdakı kimidir:

1 vəzifə – inzibati vəzifələrin 2-ci təsnifatı;
5 vəzifə – inzibati vəzifələrin 3-cü təsnifatı;
1 vəzifə – inzibati vəzifələrin 4-cü təsnifatı.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsidir. Bu vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına aiddir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, sənəd qəbulu tam elektron qaydada həyata keçiriləcək. Bu yanaşmanın vətəndaşların rahatlığını təmin etməklə yanaşı, vaxt və maliyyə itkisinin qarşısını aldığı, həmçinin Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi xidmətlərin əlçatanlığını artırdığı bildirilir.

Daxili müsahibədə iştirak hüququna yalnız vəzifənin tutulması şərtlərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları malikdir.

Müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyul 2026-cı il tarixindən 7 avqust 2026-cı il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında "Dövlət qulluğu üzrə müraciət forması"nı dolduraraq elektron qeydiyyatdan keçməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada