“Məni divara çırpdı, üzümə şillə vurdu” – Bakıda bağça müdirindən işçiyə qarşı ZORAKILIQ İDDİASI
Hadisə
15:01
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edir.
News365.az xəbər verir ki, Tovuz rayon sakini Leyla Rəhimovanın sözlərinə görə, maaşının ödənilməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.
"1 ay yarımdır maaşımı vermir. Ona yazırdım, cavab vermirdi. Axırda bağçaya gəldim. Bundan sonra dedi ki, ərizə yaz, işdən çıx. Dedim ki, yazaram, amma maaşımı verin. Sonra otaqdan çıxdım. Çantamı hirslə yerə çırpdım. O da otaqdan çıxıb "Burda nə hoqqa verirsən?! deyərək qolumdan tutdu və məni otağa apardı. Hamını otaqdan çıxarıb qapını bağladı. Məni 3-4 dəfə divara çırpdı, üzümə şillə vurdu. Bizi işçilər ayırdı".
Leyla Rəhimova deyir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, autizm sindromlu uşağını da bağçadan çıxarıb.