İran iki fransız diplomatı vətəndaş cəmiyyəti ilə əlaqə adı altında daxili işlərinə müdaxilə etməkdə ittiham edib və Parisin üzr istəməli olduğunu bildirib.
News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. O, Fransa hakimiyyətinin tələskənliyi pisləyərək bildirib ki, rəsmi Paris İrandan üzr istəməlidir:
"İki diplomat öz missiyaları və səfirlik pərdəsi altında 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası ilə haqlı sayıla bilməyən fəaliyyətlər həyata keçiriblər. Vətəndaş cəmiyyəti ilə münasibətləri qorumaq bəhanəsi ilə İranın daxili işlərinə müdaxilə ediblər".
Qeyd edək ki, Fransanın Tehrandakı səfiri Pyer Koşar İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran hakimiyyəti Parisdən bu fəaliyyətləri dayandırmasını tələb edib və bu fəaliyyətlərin insan hüquqlarının təşviqi və ya vətəndaş cəmiyyətini dəstəkləmək kimi aldadıcı bəhanələr altında həyata keçirildiyini bildirib.