Son günlər “Space”də özündən əvvəlki və sonrakı rəhbərliyin ünvanına ittihamlar səsləndirən “Space”-in keçmiş rəhbəri Vado Karovinə Müşfiq Hətəmovun nümayəndəsi “news365.az”-a faktlarla cavab verib.
Müşfiq Hətəmovun dövründə televiziyanın maliyyə məsələlərinə
baxan şəxs News365.az–a bildirib ki, bizim dövrümüzdə “SpaceTV”də
bir manat borc da olsun yaranmayıb:
“Əksinə biz
televiziyanı təhvil verəndə “SpaceTV-nin büdcəsində 710 min manat ehtiyat vəsait
olub. Ortada faktlar var, rəqəmlər var və sənədlər var. Qaldırıb baxmaq olar. Doğrudur, ilk dönəmdə kredit götürmüşdük. Onu da qrafikə uyğun olaraq
aybaay ödəmişik. Olurdu ki, müəyyən qurumlara borcumuz yaranırdı. Məsələn, Teleradio Birliyinə, Azərkosmosa və başqa müəssisələrə borclanırdıq. Amma ilin sonunda dotasiya və yaxud reklamdan yığılan əlavə vəsait hesabına o borc ödənilirdi. Bir də axı bizim vaxtımızda televiziya gəlirlə işləyirdi. Bir manat da olsun ziyan etmirdik. Bizdən Vado Korovin komandasına pis heç bir
miras qalmayıb. Ona görə də onun səsləndirdiyi fikirlərin əsası yoxdur”.
News365.az