Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
News365.az Zamin Əliyevin dosyesini təqdim edir.
Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavrını, 2002-ci ildə magistraturasını bitirib.
2001-2005 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi
2008-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi
2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru
2017-2020-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri
2020-2021-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini
2021-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərində baş konsulu təyin olunmuşdur.
Türk, ingilis və rus dillərini bilir.
Evlidir, 3 övladı var.