2025-ci ildə dünyada təxminən 1 milyon nəfər ilk dəfə milyonçu statusuna yüksəlib. Yeni yaranan varlı şəxslərin sayına görə ABŞ digər ölkələri böyük fərqlə geridə qoyub.
Bu barədə UBS Global Wealth Report 2026 hesabatının məlumatları əsasında hazırlanan araşdırmada bildirilir.
Hesabata əsasən, 2024-2025-ci illər ərzində sərvəti 1 milyon ABŞ dollarını aşan şəxslərin sayında ən böyük artım ABŞ-də qeydə alınıb. Ölkədə bir il ərzində 441 078 yeni milyonçu yaranıb. Bu göstərici ikinci pillədə qərarlaşan Böyük Britaniyanın nəticəsindən 10 dəfədən də çoxdur.
Yeni milyonçuların sayına görə ilk pillədə ABŞ qərarlaşıb. Ölkədə bir il ərzində 441 078 nəfər milyonçu statusu qazanıb. İkinci yerdə olan Böyük Britaniyada bu rəqəm 43 139 nəfər, Fransada 34 604 nəfər, İspaniyada 32 707 nəfər, Yaponiyada isə 31 428 nəfər təşkil edib.
Hesabatda qeyd olunur ki, Hindistanda 31 033, İtaliyada 28 596, Avstraliyada 25 089, Almaniyada 24 263, Rusiyada isə 21 951 yeni milyonçu yaranıb.
İlk sıralarda həmçinin Cənubi Koreya (20 227 nəfər), Çin (14 079 nəfər), Tayvan (9 864 nəfər), İrlandiya (9 491 nəfər), Braziliya (9 215 nəfər), İsveçrə (8 907 nəfər) və İsrail (8 803 nəfər) yer alıb.
Araşdırmaya görə, ABŞ-də yaranan yeni milyonçuların sayı qlobal artımın təxminən yarısını təşkil edib. Ölkədə səhmlər bazarının güclü nəticələri, əhalinin investisiya imkanlarından geniş istifadə etməsi və iqtisadi artım şəxsi sərvətlərin yüksəlməsinə təsir göstərib.
Avropa ölkələri də siyahıda geniş təmsil olunub. Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniya ilə yanaşı, İsveçrə, İrlandiya, Polşa, Yunanıstan, Macarıstan, Latviya və Litva da ən çox yeni milyonçu yaradan 31 ölkə arasında qərarlaşıb.
Asiyada isə Yaponiya və Hindistan 31 mindən çox yeni milyonçu ilə seçilib. Cənubi Koreya və Çin də əhəmiyyətli artım nümayiş etdirib. Tayvan, Sinqapur və Honkonq kimi maliyyə mərkəzləri də siyahıda yer alıb.
Ümumilikdə, 2025-ci ildə dünyada hər gün orta hesabla 2 680-dən çox insan milyonçu statusu qazanıb.