“Görünməz bəladan sağ-salamat qurtula bildim” – Valeh Arifoğlu ağır qəzaya uğradı

“Görünməz bəladan sağ-salamat qurtula bildim” – Valeh Arifoğlu ağır qəzaya uğradı
12:10

Məşhur fotoqraf Valeh Arifoğlu ölümün ağzından dönüb. Fotomüxbir sosial media hesabında paylaşım edərək dəhşətli yol-nəqliyyat hadisəsi ilə üzləşdiyini bildirib.

Qəza zamanı özü xoşbəxtlikdən xəsarət almasa da, idarə etdiyi nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Baş verənləri bölüşən Arifoğlu belə deyib:

“Ağır bir avtomobil qəzası keçirdim. Şükür ki, bu görünməz bəladan sağ-salamat qurtula bildim. Lakin maşınım yararsız hala düşdü. Hadisədə heç bir təqsirim olmasa da, bəzən taleyin belə sürprizlərindən qaçmaq mümkün olmur. Saniyələr içində hər şey alt-üst oldu”.

Baş verənlərdən nəticə çıxarmağı tövsiyə edən fotoqraf, sükan arxasında olan bütün sürücüləri daha diqqətli olmağa səsləyib:

“Sürücü dostlarıma müraciət edirəm: sükan arxasında bir anlıq belə diqqətinizi yayındırmayın, tələsməyin. Allah hər birinizi bəladan, qəzadan uzaq eləsin, yollarınız açıq olsun”.


Sizin reklam burada
Sizin reklam burada