Ötən həftə xəbər
yayıldı ki, Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi
adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən
külli miqdarda kredit götürdüyü üzə çıxıb.
Və ən
maraqlısı da odur ki, 100 milyondan artıq kreditin bir hissəsini “Aqrarkredit”
şefi Məmməd Musayevin qardaşı oğlu sahiblənib.
Yəqin ki,
qalan hissəsini də Məmməd müəllim yaxın çevrəsinə peşkəş edib.
Bu məsələ
çiddi rezonans doğurub. Və müxtəlif fikirlər səslənir.
İqtisaddçı Əkərəm Həsənov məsələ ilə bağlı maraqlı
fikirlər səsləndirib.
O, bildirib
ki, illərdir ki, Elman Rüstəmovun dostu olan bu adamın mənfi fəaliyyəti haqda
yazıram:
“Bank
sistemimizin ağası elə bu iki nəfər idi. Rüstəmov 4 il əvvəl getdi, amma
"Bank Mamed" daha dayanıqlı idi. O, nəinki dövlətə məxsus
“Aqrarkredit”-in rəhbəri idi və Sahibkarlar Konfederasiyasının prezidentidir, həmçinin
"Turanbank"ın da faktiki sahibi kimi tanınır (mətbuatda kifayət qədər
yazı var və təkzib olunmayıb). Bu həmin "Turanbank"dır ki, bir ildən
çoxdur ki, hüquqlarını müdafiə etdiyim şəxsin oradakı əmanətini ala bilmirik.
Bu barədə də dəfələrlə yazmışam: bank deyir ki, guya əmanəti qaytarıb, amma heç
bir təsdiqedici sənədi yoxdur.
Belə də bank
olar?
Son illər ərzində bank sisteminin, əmanətlərin
təminatlı olmasının nüfuzuna bu bank kimi zərər vuran olmamışdı. Təklif edirəm
ki, bu bankda da yoxlamalar aparılsın. Ekspert kimi pulsuz dəstək olmağa hazıram.
Əmanəti qaytardığını sübut edə bilməyən bankda yəqin ki, bundan da böyük
pozuntular var. “Aqrarkredit”lə də münasibətləri təftiş etmək lazımdır...”
News365.az