Dünya üzrə 15 səfirlik bağlanır: Kolumbiya Azərbaycandakı nümayəndəliyini də LƏĞV EDİR

Dünya üzrə 15 səfirlik bağlanır: Kolumbiya Azərbaycandakı nümayəndəliyini də LƏĞV EDİR
16:09

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella dövlət xərclərinin ixtisarı proqramı çərçivəsində ölkəsinin Azərbaycandakı səfirliyinin fəaliyyətinə xitam veriləcəyini bəyan edib.

Kolumbiya mediasının verdiyi məlumata görə, de la Espriella səlahiyyətlərinin icrasına başladıqdan sonra dünya üzrə ən azı 15 diplomatik nümayəndəliyin bağlanacağını bildirib. O, bu addımı büdcə xərclərini azaltmaq və ölkənin diplomatik şəbəkəsini optimallaşdırmaq məqsədi ilə atdığını vurğulayıb.

Bağlanması planlaşdırılan səfirliklər aşağıdakı ölkələrdə yerləşir:

  • Azərbaycan

  • Əlcəzair

  • Barbados

  • Kuba

  • Çexiya

  • Efiopiya

  • Qana

  • Haiti

  • Macarıstan

  • Malayziya

  • Nikaraqua

  • Rumıniya

  • Seneqal

  • Cənubi Afrika Respublikası

Bununla yanaşı, yeni seçilmiş dövlət başçısı Kolumbiyanın Fələstində səfirlik açmaq planlarını da dondurduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, iyun ayında keçirilən prezident seçkilərində qalib gələn Abelardo de la Espriellanın avqustun 7-də andiçmə mərasimi baş tutacaq. Səfirliklərin bağlanması prosesinə məhz həmin tarixdən sonra start veriləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada