Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırıldı
09:30
Bakıda Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Bakının simvollarından biri olan, müasir memarlığın şah əsəri sayılan Heydər Əliyev Mərkəzi ABŞ-nin 250 illik yubileyini qeyd etmək məqsədilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. ABŞ-dəki bütün dostlarımızı və tərəfdaşlarımızı səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək!" , - paylaşımda qeyd edilib.

Sizin reklam burada
Sizin reklam burada