"Ağ-qara televizorlar, 'Jiquli', qulaqbatırıcı səs..." — Etibar Əliyev köhnə metrodan yazdı

"Ağ-qara televizorlar, 'Jiquli', qulaqbatırıcı səs..." — Etibar Əliyev köhnə metrodan yazdı
10:56

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında köhnə nəsil metro qatarları ilə bağlı nostaljik təəssüratlarını bölüşüb.

Ekspert keçmiş əsrin metro qatarlarında gediş etməyin ona xüsusi zövq verdiyini və insanı keçmişə qaytardığını bildirib:

“Şüurun seni keçmişə qaytarır. Adamın yadına ağ-qara televizorlar, 'Jiquli', 'QAZ-24', 'Moskviç' avtomobilləri düşür. Kondisionersiz həyatın tamam başqa ləzzəti var idi. Ötən əsrdən qalan qatarlara kondisioner quraşdıra bilmirlər. Qatarın qulaqbatırıcı hərəkəti isə əladır — rast gəldiyin tanışın suallarına cavab vermirsən. Qatar çarxlarının harmonik səsləri o dövrün adamları üçün doğmadır, beynimizdə o vaxtdan iz salıb. Ona görə də mən ötən əsrin metro qatarlarında kitabı daha yaxşı oxuya bilirəm və oxuduqlarım da yadda daha yaxşı qalır”.

E. Əliyev köhnə qatarlarda yeganə narahatlıq yaradan məqamın ani tormozlamalar olduğunu da yumorla qeyd edib:

“Bircə tormoz sistemi adamı narahat edir. Az qalır ki, əlindəki kitab başqasının qucağına düşsün”.


Sizin reklam burada
Sizin reklam burada