ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib
22:40

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib.

News365.az xəbər verir ki, yanğını Oklahomanın Nəqliyyat Departamenti qeydə alıb.

Qeyd olunur ki, hadisə ilə əlaqədar məktəblər müvəqqəti bağlanıb və yaxınlıqdakı ərazilərdə nəqliyyat hərəkəti məhdudlaşdırılıb.

Qlenpulun dövlət məktəblərində özünütəcrid rejimi tətbiq edilib. Şagirdlər və əməkdaşlar binaların içərisində qalır, hakimiyyət orqanları bütün şagirdlərin təhlükəsizlikdə olduğunu bəyan edib.

Polis "Fox 23" telekanalına bildrib ki, hazırda zərər çəkənlər və ya yanğının digər obyektlərə yayılması barədə məlumat daxil olmayıb.



Sizin reklam burada
Sizin reklam burada